Saytdan İstifadə Şərtləri

Giriş

Mastercard International Incorporated ("Mastercard" və ya "Biz") www.mtr.mastercardservices.com saytını ("Mastercard Səyahətçiləri Mükafatlandırma Saytı") şəxsi məlumat xarakterli istifadə üçün Sizə təqdim edir. Mastercard saytını çəkinmədən nəzərdən keçirə, saytdan materiallar endirə və başqa üsullarla istifadə edə bilərsiniz. Mastercard saytına daxil olmaqla və ondan istifadə etməklə siz, hazırkı ümumi istifadə şərtlərini (“İstifadə Şərtləri”) heç bir məhdudiyyət və ya şərt irəli sürmədən qəbul edir və həmin İstifadə Şərtləri ilə razılaşırsınız. Bu İstifadə Şərtləri ilə razılaşmırsınızsa, xahiş olunur Mastercard Saytından istifadə etməyin.

Mastercard saytında təsvir olunan təkliflər, müvafiq Mastercard kart sahiblərinə, müvafiq Mastercard ödəniş kartı buraxan bank və ya maliyyə institutlarına verilir. Bu İstifadə Şərtləri ümumi xarakterlidir və yalnız sizin Mastercard Saytına çıxışınıza və ondan istifadənizə aiddir. Bütün xüsusi şərtlər, habelə təkliflər və ya təkliflər proqramı ilə bağlı istənilən sual və ya iradlarınız üçün zəhmət olmasa sizin istifadə etdiyiniz Mastercard ödəniş kartını buraxmış bank və ya maliyyə institutu ilə əlaqə saxlayın.

Saytın Məzmunundan İstifadə Hüququ

Mastercard Saytından şəxsi istifadəniz üçün, sizə aşağıda göstərildiyi kimi, istənilən Məzmuna baxmaq, həmin məzmunu bölüşmək, çap etmək və ya endirmək üçün Sizə məhdud, qeyri-eksklüziv, geri alına bilən giriş izni veririk. Sizə Mastercard Saytında hansı bir Məzmunun lisenziyalaşdırılması, təkrar nəşr edilməsi, yayılması, surətinin çıxarılması, verilməsi, sub-lisenziyalaşdırılması, ötürülməsi, satılması, hər hansı ikinci dərəcəli işlərin hazırlanması və ya digər şəxsi olmayan məqsədlərlə istifadə edilməsi ilə bağlı hüquq verilmir. Hər hansı bir Məzmunun hər hansı bir hissəsi şəxsi istifadə məqsədlərindən başqa, hər hansı bir şəkildə çoxaldıla, elektron və ya mexaniki hər hansı bir məlumat axtarışı sisteminə daxil edilə bilməz. Sizin Mastercard Saytına zərər verə biləcək və ya ona mənfi təsir göstərə biləcək ya da bu niyyətlə hər hansı bir şəkildə Mastercard saytına və ya Mastercard saytının əsasını təşkil edən hər hansı bir serverə və ya şəbəkəyə zərər verə biləcək bir şəkildə və ya bu məqsədlə, yaxud digər hər hansı bir şəxsin saytdan istifadə etməsinə maneçilik törədəcək bir şəkildə Mastercard saytına müdaxilə etmək, ya da bu saytdan istifadə etmək hüququnuz yoxdur. Sizə həmçinin Sayta və ya Məzmununa keçidi təmin edən, Mastercard və ya onun məhsullarını və ya xidmətlərini yanlış, aldadıcı, təhqiramiz və ya başqa cür təhdidlər yarada biləcək şəkildə təsvir etməyən və Mastercard tərəfindən saytınızın, səhifənizin və ya məzmununuzun sponsorluğunu və ya hüququnun ötürülməsini nəzərdə tutmayan bir hiperlink yaratmaq üçün məhdud, geri alına bilən və qeyri-eksklüziv hüquq verilir.

Sayta daxil olmaq üçün avtomatlaşdırılmış sistemlərdən (məsələn, robotlar, spayderlər və s.) istifadə edə bilməzsiniz. Bu İstifadə Şərtlərinə əsasən, Saytın digər istifadəçilərinin şəxsi identifikasiya məlumatlarını toplamayacağınızı və ya bu məlumatları satmayacağınızı və ya başqa şəkildə istifadə etməyəcəyinizi qəbul edirsiniz. Burada xüsusi olaraq verilən məhdud hüquqlar istisna olmaqla, Mastercard Saytına və onun tərkibinə daxil olan bütün hüquqlar, adlar və maraqlar və burada təsvir edilən Məzmunun hamısı Mastercard tərəfindən qorunur və Mastercard-a məxsusdur.

MASTERCARD ÖZÜNÜN TAM MÜLAHİZƏSİNƏ ƏSASƏN HEÇ BİR BİLDİRİŞ VERMƏDƏN BU İSTİFADƏ ŞƏRTLƏRİNİN HƏR HANSI BİRİNİN, O CÜMLƏDƏN İSTƏNİLƏN İSTİFADƏ HÜQUQLARININ POZULMASI DA DAXİL OLMAQLA, LAKİN BUNUNLA MƏHDUDLAŞMAYARAQ İSTƏNİLƏN ŞƏXSƏ İSTƏNİLƏN SƏBƏBDƏN BU SAYTDAN İSTİFADƏYƏ QADAĞA QOYMAQ HÜQUQUNU ÖZÜNDƏ SAXLAYIR.

Mastercard Saytı və İstifadə Şərtləri ilə bağlı dəyişikliklər

Mastercard, sizə xəbərdarlıq etmədən istənilən vaxt birtərəfli qaydada bu İstifadə Şərtləri də daxil olmaqla, bu Saytda və ya bu Saytda mövcud olan və ya Saytla əlaqədar olan məzmuna, materiallara və ya məlumatlara dəyişikliklər, və ya düzəlişlər etmək hüququnu özündə saxlayır. Mastercard istənilən vaxt bu versiyanı yeniləməklə, hazırkı İstifadə Şərtlərini yenidən nəzərdən keçirə bilər. Siz belə dəyişikliklərə görə vaxtaşırı olaraq, cari İstifadə Şərtlərini nəzərdən keçirmək üçün həmin səhifələrə daxil olmalı və onları nəzərdən keçirməlisiniz.

Əqli Mülkiyyət

Mastercard Saytının Məzmunu qüvvədə olan əqli mülkiyyət qanunları ilə qorunur və bütün Məzmun Mastercard-a məxsusdur, yaxud Mastercard tərəfindən lisenziya və ya icazə əsasında istifadə olunur. Bütün mətn, formatlaşdırma (Mastercard Saytındakı materialların seçilməsi, koordinasiyası və tərtib edilməsi daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq), şəkillər, qrafiklər, animasiyalar, alətlər, qrafik elementlər, tətbiqlər, reklamlar, videolar, musiqilər, səslər, məqalələr, nüsxələrin surətləri, yaradıcı materiallar, fotoşəkillər, ticarət nişanları, xidmət markaları, ticarət adları və loqotiplər və bu Saytda olan digər materiallar və məlumatlar Mastercard-ın, onun ortaqlarının və törəmə şirkətlərinin, eləcə də onların müvafiq lisenziyaçılarının və lisenziya verdikləri şəxslərin (bu mətndə birgə şəkildə “Məzmun” adlanır) əqli mülkiyyət hüququ hesab olunur. Bu vebsaytda mövcud olan bir sıra xüsusiyyətlər 6,091,956 saylı ABŞ Patenti tərəfindən qorunur və ya lisenziyalaşdırılır. Bu materialların heç bir formada sizin tərəfinizdən surəti çıxarıla, əks forması tərtib edilə, mənbə kodu dəyişdirilə, forması yenidən tərtib edilə bilməz, digər vebsaytlara köçürülə, çərçivələnə, digər linklərlə əlaqəsi yaradıla, dəyişdirilə və ya paylana bilməz, yenidən paylaşdırıla, lisenziyalaşdırıla, sub-lisenziyalaşdırıla və ya ötürülə bilməz.

Mastercard Saytında əksini tapan heç bir şey estoppel və ya hər hansı bir şəkildə Mastercard-ın əvvəlcədən yazılı icazəsi olmadan onun istənilən ticarət nişanından, əqli mülkiyyət hüququndan və ya müəlliflik hüququ ilə qorunan materiallarından kommersiya məqsədilə istifadə edilməsinə hər hansı bir lisenziya və ya hüquq verilməsi şəklində təfsir edilə bilməz. Mastercard Saytında öz əksini tapan qeydiyyatdan keçmiş və ya qeydiyyatdan keçməmiş əmtəə nişanları, loqotiplər, ticarət adları və xidmət markaları (bundan sonra birlikdə “Ticarət Nişanları”adlanacaq) Mastercard-ın və onun üçüncü tərəf biznes tərəfdaşlarının Ticarət Nişanlarıdır. Mastercard Saytında əksini tapan heç bir şey Mastercard-ın və ya Ticarət Nişanının sahibi olan sözügedən üçüncü tərəfin yazılı icazəsi olmadan Mastercard Saytında göstərilən hər hansı Ticarət Nişanından istifadə etmək icazəsi və ya hüququ kimi təfsir edilməməlidir. Mastercard U.S. TrademarksBu materiallardan hər hansı icazəsiz kommersiya məqsədli istifadə Mastercard-ın əqli mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndiriləcək və Mastercard-ın bütün qanuni hüquqları və hüquq müdafiəsi tədbirlərinin tətbiq edilməsi üçün əsas olacaqdır.

Göndərişlər və Rəylər

Vaxtaşırı olaraq, biz sizdən Mastercard Saytı, onun məhsulları və/və ya xidmətləri barədə rəy bildirməyinizi xahiş edə bilərik. Sizin ötürdüyünüz və ya paylaşdığınız istənilən kommunikasiya və ya material (a) Mastercard tərəfindən qeyri-məxfi və qeyri-şəxsi hesab ediləcək, (b) Mastercard-ın mülkiyyəti olacaq və Mastercard xüsusilə onunla bağlı bütün hüquqlara, adlara və maraqlara sahib olacaqdır; (c) sizə heç bir öhdəlik, kompensasiya və ya digər məsuliyyət yaratmadan özünün tam münasib bildiyi qaydada Mastercard lisenziyası verən şəxslər və törəmə şirkətlər tərəfindən məhdudiyyətsiz olaraq istifadə ediləcək. Bu cür istifadəyə bu Saytda və ya digər halda artıq tanınmış və ya sonradan hazırlanmış hər hansı bir şəkildə və istənilən mühitdə tamamilə və ya qismən yenidən hazırlanma, açıqlanma, ötürülmə, paylaşma, yayımlama və yerləşdirmə hərəkətləri də daxil ola bilər. Mastercard-ın belə bir kommunikasiyaya cavab vermək öhdəliyi yoxdur. Yuxarıda qeyd olunanlara baxmayaraq, Mastercard öz məhsul və xidmətləri ilə bağlı ictimaiyyətdən heç bir yaradıcı fikir, təklif və ya material ("Göndərişlər") qəbul etməmək və ya bunları nəzərə almamaq siyasətini qoruyub saxlayır və buna görə də, siz bu Sayt vasitəsilə və ya başqa bir şəkildə istənilən kommunikasiyalarda Mastercard-a hər hansı Göndərişlər etməməlisiniz. Buna baxmayaraq, həmin Göndərişi etməməklə bağlı hazırkı tələbimizə məhəl qoymayaraq belə bir Göndərişi həyata keçirsəniz, o zaman həmin Göndəriş dərhal Mastercard-ın mülkiyyətinə çevriləcək və Mastercard xüsusi olaraq bununla bağlı bütün indiki və gələcək hüquqlara, adlara və maraqlara sahib olacaq. Bundan əlavə, Mastercard məhsul və xidmətlərin işlənib hazırlanması və marketinqi ilə bağlı hər hansı bir məqsəd üçün, o cümlədən, sadalananları məhdudlaşmayaraq, hər hansı Göndərişdən sərbəst şəkildə istənilən məqsəd üçün istifadə edə bilər. Mastercard bu Göndərişin bu cür istifadəsinə və ya açıqlanmasına görə, həmin Göndərişdəki və istənilən digər gələcək Mastercard məhsullarındakı və xidmətlərindəki oxşarlıqlara görə heç bir məsuliyyət daşımır.

Xidmət nöqtələri və Xidmət Nöqtələrinin Təklifləri

Xidmət nöqtələri Mastercard Saytında mövcud olan malların və xidmətlərin satın alınması üçün Mastercard kart sahiblərinə müəyyən endirimlər, imtiyazlar və ya digər faydalar (məsələn, pulsuz tədarük) ("Təkliflər") təqdim edə bilərlər. Belə Təkliflər müəyyən şərtlərə və qaydalara tabedir və sizə xəbərdarlıq etmədən istənilən vaxt dəyişilə bilər. Mastercard bu Təkliflərə münasibətdə sizinlə Xidmət nöqtələri arasında baş vermis hər hansı bir mülki münasibət nəticəsində yaranan heç bir itkiyə və ya zərərə görə məsuliyyət daşımır. Burada göstərilənlər istisna olmaqla, mal və xidmətlərin çatdırılması, qaytarılmalar və zəmanətlər daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq bütün məsələlər yalnız və qəti olaraq, sizinlə müvafiq Xidmət nöqtəsi arasındadır. Mastercard Saytı vasitəsilə ünsiyyət qurduğunuz Xidmət nöqtələrinə və ya onların təqdim etdiyi Təkliflərə görə Mastercard-ın heç bir məsuliyyət daşımadığını və onları təsdiq etmədiyini qəbul edirsiniz.

Üçüncü Tərəflərə aid Məzmun və digər Vebsaytlara keçidlər

Mastercard Saytında, bu Saytdan asılı olmayan və tamamilə müstəqil olan üçüncü tərəflərə aid məzmun və digər internet səhifələrinə keçidlər yerləşdirilə bilər. Üçüncü tərəflərə aid məzmun və keçidlər yalnız istifadəçilərin rahatlığı üçün daxil edilir və Mastercard tərəfindən həmin məzmuna və keçidlərə heç bir dəstək, təsdiq və ya zəmanət verilmir. Bundan başqa, Mastercard üçüncü tərəflərə aid məlumatların dəqiqliyinə, bütövlüyünə və ya etibarlılığına və ya Mastercard Saytından keçid edilmiş istənilən internet səhifələri vasitəsilə təklif edilən və ya satılan məhsul və ya xidmətlərə görə heç bir məsuliyyət daşımır və üçüncü tərəflərə aid məlumatlarının və ya keçid edilmiş veb saytların istifadəsinə görə müstəsna məsuliyyət Sizə aiddir. Sizinlə həmin üçüncü tərəf arasında yaranan bütün müqavilələr, əməliyyatlar və ya digər razılaşmalarda bütün riski yalnız Siz özünüz daşıyırsınız. Üçüncü tərəflərə aid vebsayt linklərinə daxil olduqda Siz Mastercard Saytını tərk etmiş olursunuz. Nəticə etibarı ilə, Mastercard Saytında yerləşdirilən keçidlər vasitəsi ilə açılan vebsaytlarında təqdim etdiyiniz istənilən şəxsi məlumatlar Mastercard tərəfindən toplanılmayacaq və ya onlara Mastercard tərəfindən nəzarət edilməyəcək; Mastercard Saytındakı keçidlər vasitəsi ilə daxil olduğunuz saytda daxil etdiyiniz şəxsi məlumatlar həmin saytın şəxsi məlumatların istifadə qaydasına dair bildirişinə və ya istifadə şərtlərinə tabe olacaq. Keçid vasitəsi ilə daxil olduğunuz saytın məxfilik qaydaları haqqında daha ətraflı məlumat əldə etmək üçün, zəhmət olmasa həmin saytın məxfilik siyasətini və istifadə şərtlərini nəzərdən keçirin.

Məxfilik Siyasəti

Mastercard bu Saytı məlumat məqsədi ilə təqdim edir. Bu saytın müxtəlif funksiyalarını təmin etmək və işlətmək üçün Mastercard cookie-lərdən istifadə edir. Saytdan istifadə edərkən onlayn təcrübənizi dəstəkləmək üçün cookie-lər müəyyən şəxsi məlumatlarınızı toplaya bilər. Bu Saytda istifadə olunan cookie-lər barədə məlumatı Saytın sağ alt küncünə istinad edərək tapa bilərsiniz. Oradan həmçinin cookie seçimlərinizi dəyişdirərək şəxsi məlumatlarınızın necə toplanacağını idarə edə bilərsiniz.

Bu Saytda və ya bu Sayt vasitəsi ilə Biz başqa heç bir şəxsi məlumat toplamırıq.

Sizə, bankınızın təklif etdiyi imtiyazlardan istifadə etmək hüququnuzun olub olmamasını yoxlamaq məqsədi ilə bu Saytda, kredit və ya debet kartınızla əlaqəli Şəxsi Hesab Nömrəsinin müəyyən rəqəmlərini daxil etmək təklif ediləcəkdir. Zəhmət olmasa, bunun şəxsi məlumat olmadığını və Mastercardın şəxsiyyətinizi müəyyən edə bilməyəcəyini nəzərə alın. Digər Mastercard vebsaytlarına daxil olsanız, topladığımız fərdi məlumatları və həmin Mastercard saytındakı Məxfilik Bildirişinə linkdən istifadə edərək şəxsi məlumatları necə istifadə etməyimizlə bağlı ətraflı məlumat ala bilərsiniz.

Təzminat

Siz Mastercard və onun biznes tərəfdaşlarını, əməkdaşlarını və törəmə şirkətlərini hər hansı bir öhdəlikdən, itkidən, iddia və xərclərdən, o cümlədən bu İstifadə Şərtlərini pozduğunuza və ya bu Saytdan istifadə etdiyinizə görə ağlabatan vəkil haqları və hüquqşünas xərcləri də daxil olmaqla istənilən zərərdən qorunması və dəymiş zərərin əvəzinin tam şəkildə ödənilməsi ilə razılaşırsınız və bunu təsdiq edirsiniz.

Zəmanətlərdən İmtina

Mastercard bu Saytdakı bütün materialların düzgün olduğunu təmin etmək üçün kifayət qədər səy göstərəcəkdir, lakin bununla bağlı heç bir zəmanət nəzərdə tutulmur və Mastercard bu Saytdakı hər hansı bir məlumatın düzgünlüyünə, tamlığına və ya həqiqiliyinə görə heç bir məsuliyyət və öhdəlik daşımır.

MASTERCARD SAYTI VƏ BU SAYTDA YERLƏŞDİRİLƏN BÜTÜN MƏZMUN SİZƏ “MÖVCUD OLDUĞU KİMİ” VƏ “MÜMKÜN OLDUĞU KİMİ” TƏQDİM OLUNUR VƏ TİCARİ YARARLILIQ, MÜLKİYYƏT HÜQUQUNUN QANUNİLİYİ/ƏQLİ MÜLKİYYƏT HÜQUQLARININ POZUNTUSUNUN OLMAMASI, MƏLUMATIN KEYFİYYƏTİ VƏ YA TƏYİNATI ÜZRƏ İSTİFADƏSİ YARARLILIĞINA DAİR İSTƏNİLƏN ZƏMANƏT DƏ DAXİL OLMAQA İSTƏR BİRBAŞA, İSTƏRSƏ DƏ DOLAYI NƏZƏRDƏ TUTULAN BÜTÜN ZƏMANƏTLƏRDƏN İMTİNA OLUNUR. BU SAYT VASİTƏSİLƏ MASTERCARD-DAN ƏLDƏ ETDİYİNİZ HEÇ BİR MƏLUMAT, BURADA BİRBAŞA QEYD EDİLİB EDİLMƏMƏSİNDƏN ALISI OLMAYARAQ HEÇ BİR ZƏMANƏT ÖHDƏLİYİ YARATMIR. MASTERCARD HEÇ BİR MƏHDUDİYYƏT OLMADAN, MASTERCARD SAYTININ SƏHVSİZ (QÜSURSUZ) İŞLƏYƏCƏYİ, NÖQSANLARIN DÜZƏLDİLƏCƏYİ VƏ YA MASTERCARD SAYTININ VİRUSLARDAN VƏ DİGƏR ZƏRƏRLİ KOMPONENTLƏRDƏN HƏR ZAMAN AZAD OLACAĞI İLƏ BAĞLI BÜTÜN ZƏMANƏTLƏRDƏN İMTİNA EDİR. BU SAYTDAN İSTİFADƏ İLƏ BAĞLI BÜTÜN RİSKLƏR TAMAMİLƏ SİZƏ AİDDİR, BU SAYTDAN ENDİRİLMİŞ VƏ YA BU SAYT VASİTƏSİLƏ DİGƏR ÜSULLA ƏLDƏ EDİLMİŞ İSTƏNİLƏN MƏZMUN İLƏ BAĞLI YARANA BİLƏCƏK RİSKİ SİZ ŞƏXSƏN DAŞIYIRSINIZ VƏ KOMPÜTER VİRUSLARININ VURDUĞU ZƏRƏR VƏ YA MƏLUMAT İTKİSİ DƏ DAXİL OLMAQLA, LAKİN ONLARLA MƏHDUDLAŞMAMAQLA, KOMPÜTER SİSTEMİNƏ DƏYƏ BİLƏCƏK İSTƏNİLƏN ZƏRƏRƏ VƏ YA SAYTDAN İSTİFADƏNİZ NƏTİCƏSİNDƏ YARANA BİLƏCƏK İSTƏNİLƏN MƏLUMAT İTKİSİNƏ GÖRƏ SİZ ÖZÜNÜZ MÜSTƏSNA MƏSULİYYƏT DAŞIYIRSINIZ. NƏZƏRİNİZƏ ÇATDIRIRIQ Kİ, BƏZİ QANUNVERİCİLİKLƏR BİRBAŞA NƏZƏRDƏ TUTULMAYAN VƏ YA DOLAYI ZƏMANƏTLƏRDƏN İMTİNA EDİLMƏSİNƏ İCAZƏ VERMƏYƏ BİLƏR, ODUR Kİ, YUXARIDA QEYD OLUNAN İMTİNALARIN BƏZİLƏRİ SİZƏ TƏTBİQ EDİLMƏYƏ BİLƏR.

Məsuliyyətin Məhdudlaşdırılması

HEÇ BİR HALDA MASTERCARD VƏ YA ONUN ORTAQ ŞİRKƏTLƏRİ, SİZİN MASTERCARD SAYTINDAN VƏ YA ONUN MƏZMUNUNDAN İSTİFADƏNİZLƏ VƏ YA MASTERCARD SAYTINA VƏ YA ONUN MƏZMUNUNA ÇIXIŞINIZIN ƏLDƏ EDİLMƏSİNDƏN VƏ YA ONUNLA ƏLAQƏDAR YARANMIŞ, MÜLKİ XARAKTERİNDƏN ASILI OLMAYARAQ (MÜQAVİLƏDƏN, EHTİYATSIZLIQDAN VƏ YA DİGƏR HƏRƏKƏTLƏRDƏN İRƏLİ GƏLƏN, LAKİN ONLARLA MƏHDUDLAŞMAYARAQ) ƏMLAKA ZƏRƏRİN VURULMASI, İSTİSMAR İMKANININ İTİRİLMƏSİ (İSTEHSAL PROSESİNDƏKİ FASİLƏ), İŞGÜZAR İMKANLARIN İTİRİLMƏSİ, İQTİSADİ İTKİ, MƏLUMAT İTİKİSİ VƏ YA MƏNFƏƏT İTKİSİ DAXİL OLMAQLA, LAKİN ONLARLA MƏHDUDLAŞMAYARAQ, MASTERCARD VƏ YA ONUN İŞGÜZAR TƏRƏFDAŞLARINA, İŞÇİLƏRİNƏ, NÜMAYƏNDƏLƏRİNƏ VƏ YA ORTAQ ŞİRKƏTLƏRİNƏ BU CÜR ZƏRƏR VƏ YA İTKİNİN YARANMASININ MÜMKÜNLÜYÜ HAQQINDA MƏLUMAT VERİLİBSƏ BELƏ, HEÇ BİR BİRBAŞA, DOLAYI, XÜSUSİ, CƏZA XARAKTERLİ, CƏRİMƏ XARAKTERLİ, NƏTİCƏ ETİBARI İLƏ YARANAN VƏ YA DİGƏR İSTƏNİLƏN NÖV ZƏRƏRƏ GÖRƏ NƏ MASTERCARD, NƏ DƏ ONUN TÖRƏMƏ ŞİRKƏTLƏRİ HEÇ BİR MADDİ VƏ YA MƏNƏVİ MƏSULİYYƏT DAŞIMIR. HEÇ BİR HALDA MASTERCARD-IN, İSTƏNİLƏN MASTERCARD SAYTINA AİD OLAN İSTƏNİLƏN FƏALİYYƏTƏ ÇIXIŞIN ƏLDƏ EDİLMƏSİNƏ VƏ YA HƏMİN FƏALİYYƏTDƏ İŞTİRAKA GÖRƏ QARŞINIZDA İSTƏR MÜQAVİLƏ, QEYRİ-QANUNİ HƏRƏKƏT (SƏHLƏNKARLIQ DAXİL OLMAQLA) İSTƏRSƏ DƏ DİGƏR ÜSULLA YARANAN BÜTÜN ZƏRƏRLƏR, İTKİLƏR VƏ İDDİA PREDMETLƏRİ ÜZRƏ DAŞIDIĞI ÜMUMİ MƏSULİYYƏTİN MAKSİMUM MİQDARI, TƏRƏFİNİZDƏN ÖDƏNİLƏN MƏBLƏĞDƏN (ƏGƏR VARSA) VƏ YA 100 (BİR YÜZ) ABŞ DOLLARINDAN (BUNLARDAN HANSI DAHA AZDIRSA) ARTIQ OLMAMALIDIR. TƏTBİQ EDİLƏN QANUNVERİCİLİK MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASINA VƏ YA MƏSULİYYƏTDƏN İMTİNAYA VƏ YA DOLAYI ZƏRƏRİN İSTİSNA OLUNMASINA İCAZƏ VERMƏYƏ BİLƏR, ODUR Kİ, YUXARIDA QEYD EDİLMİŞ MƏHDUDİYYƏT VƏ YA İMTİNA SİZƏ TƏTBİQ EDİLMƏYƏ BİLƏR.

İstifadə Şərtlərinin heç bir fərdi Mastercard Ödəniş Kartı Sahiblərinin Müqavilələrinə şamil edilə bilməməsi

Mastercard, ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı təşkilatdır. Mastercard maliyyə institutu deyil və heç bir növ kredit, debit, çek və ya ödəniş kartı buraxmır. Sizə məxsus Mastercard brendli ödəniş kartınız ilə bağlı bütün münasibətlə, birbaşa Mastercard ilə deyil, həmin kartı sizə təqdim edən bank və ya maliyyə institutu ilə qurulur. Mastercard ödəniş kartınız və ya kart hesabınız ilə bağlı bütün suallar və ya məsələlər Mastercard-a deyil, kartınızı təqdim edən bank və ya maliyyə institutuna ünvanlandırılmalıdır. Mastercard-ın kartınızı təqdim edən bank və ya maliyyə institutu ilə münasibətinin olmasına baxmayaraq, həmin münasibət fərdi kart sahiblərinə və ya ödəniş kartı hesablarına şamil edilmir.

Mastercard Saytı, Mastercard və onun törəmə şirkətləri tərəfindən idarə olunur.

Digər Şərtlər

Bu İstifadə Şərtləri, beynəlxalq xüsusi hüququn heç bir prinsipini nəzərə almadan məhz ABŞ-ın Nyu York ştatının qanunlarına əsasən tərtib edilir, təsfir edilir və yerinə yetirilir. Siz açıq şəkildə razılaşır və qəbul edirsiniz ki, hazırkı İstifadə Şərtlərindən və ya bu Saytdan istifadədən irəli gələn birbaşa və ya dolayısı ilə bu İstifadə Şərtlərinə və ya bu Sayta aid olan istənilən iddia ilə bağlı yalnız Nyu Yorkda yerləşən federal və ya ştat məhkəmələrinə müraciət oluna bilər. Siz Mastercard Saytı, öz giriş izniniz və ya istifadəniz, sözügedən İstifadə Şərtləri və ərazidən kənardakı xidmət prosesi ilə əlaqədar istənilən iddia məqsədləri üçün yuxarıda qeyd edilən məhkəmələrin fərdi yurisdiksiyasının tətbiq edilməsinə razılıq verir və bu kimi məsələlərin həllini bu yurisdiksiyanın ixtiyarına buraxdığınızı qəbul edirsiniz.

Mastercard Saytının Məzmunu və proqram təminatı Birləşmiş Ştatların ixrac qanunvericiliyinə və digər ölkələrin idxal qanunvericiliyinə tabe ola bilər. Bu Saytdan istifadənizlə bağlı Siz, Birləşmiş Ştatların Kommersiya Departamentinin İxraca Nəzarət Qaydalarının 15 CFR 730-774 müddəaları, Beynəlxalq Silah Ticarətinin aparılması Qaydalarının müddəaları, Xarici Vəsaitlərə Nəzarət İdarəsi tərəfindən tətbiq edilən və kankret ölkələrə aid olan iqtisadi sanksiyalar proqramları və bütün digər ölkələrin ixrac-idxalla bağlı qüvvədə olan qanun və qaydaları daxil olmaqla, lakin onlarla məhdudlaşmayaraq bütün tətbiq edilən qanunvericiliklərin bütün tətbiq edilən ixrac, təkrar ixrac və idxala nəzarət qanun və qaydalarına riayət etmək baxımından müstəsna məsuliyyət daşıyırsınız. Bütün müvafiq qanunvericiliklərin mövcud olan bütün ixrac və idxal qanunları və qaydaları ilə uyğunluq istisna olmaqla, digər heç bir halda bu Saytdan olan Məzmunun və ya proqram təminatının birləşdirildiyi materiallar, məhsullar, proqram təminatları və ya digər texniki məlumatlar, ya da birbaşa məhsul vasitəsilə siz bu saytdan hər hansı məzmunu və ya proqram təminatını birbaşa, ya da dolayısı ilə istifadə edə, paylaşa, köçürə və ya ötürə bilməzsiniz.

Bu İstifadə Şərtləri tərəfinizdən başqasına ötürülə bilməz. Mastercard bu İstifadə Şərtlərində təsbit edilmiş özünün hüquq və öhdəliklərini istənilən vaxt birtərəfli qaydada tam və ya qismən hər hansı digər şəxsə ötürə bilər. Bu İstifadə Şərtlərinin hər hansı bir hissəsi və ya müddəası qanunsuz, etibarsız və ya qüvvədən düşmüş (hüquqi qüvvəsini itirmiş) hesab edildikdə həmin hissə bu İstifadə Şərtlərindən ayrılmış hesab edilir və yerdə qalan heç bir müddəanın etibarlılığına və hüquqi qüvvəsinə təsir göstərmir. Bu İstifadə Şərtlərinin müəyyən müddəaları bu Saytda daxil ola biləcəyiniz xüsusi səhifələr, proqramlar, vasitələr və ya digər materiallarda yerləşən təyin edilmiş hüquqi bildirişlərlə və ya şərtlərlə əvəz edilə bilər və ya onlara əlavə edilə bilər. Mastercard-ın bu İstifadə Şərtlərinin və ya hər hansı əlavə şərtlərin istənilən müddəasının yerinə yetirilməsini təmin etməməsi onun həmin müddəaların icra edilməsindən imtina etməsi, və ya həmin müddəanın yerinə yetirilməsini təmin etmək hüququndan azad edilməsi kimi təfsir olunmamalıdır. Bu İstifadə Şərtləri və bu İstifadə Şərtləri ilə əlaqədar istənilən sənədlər elektron formada qəbul edilə bilər (məsələn, razılığı ifadə edən elektron və ya digər vasitələr) və sizin bunu qəbul etməyiniz sizinlə Mastercard arasında hüquqi öhdəliklər yaradır. Bununla da, heç bir məhdudiyyət olmadan, bu İstifadə Şərtlərinin və onunla əlaqədar istənilən digər sənədlərin etibarlılığına və ya tətbiq olunmasına etiraz etməyəcəyinizi qəbul edirsiniz.

©2019 Mastercard. Mastercard və Mastercard Brand Mark, Mastercard İnternational İncorporated-in qeydiyyatdan keçmiş Ticarət Nişanlarıdır.

Müştəri xidməti və əlaqə məlumatları

Baş Hüquqşünas
Mastercard International Incorporated
2000 Purchase Street
Purchase, NY 10577 USA
Tel: 1-800-MASTERCARD (1-800-627-8372)